Dünən “Dəb ikonası” - Ruhi Əliyeva həyatının ən xoş gününü yaşayıb. Keçmiş müğənni əkizlərinə ad günü keçirib. Lent. az-ın məlumatına görə, Həsən və Məhəmmədin 1 yaşı tamam olub. Mərasimdə yalnız qadınlar iştirak edib.
Mərasim olduqca dəbdəbəli keçib. Türkiyədən dəvət olunmuş rəqqaslar gecəyə xüsusi rəng qatıb. Mərasim boyu bir neçə dəfə atəşfəşanlıq da olub.
Zamiqin aparıcılıq etdiyi məclis həm də Lalə Məmmədova, Röya Ayxan və Sevda Yəhyayevanın çıxışları ilə yadda qalıb. Məclisdə aparıcılar Afaq Gəncəli və Nanə Ağamalıyeva, vizajist Nigar İbrahimova, “Nərgiz” jurnalının baş direktoru Könül Nağıyeva və modelyer Afaq İsmailzadə və başqa qonaqlar olub.
Gecədə Röya və Zamiq əsl şou göstəriblər. Müğənnilərin birgə çıxışı hər
kəsin marağına səbəb olub. Səhnədən enən Röya rəqqaslarla
göbək rəqsi oynayıb.
Onu da qeyd edək ki, təşkilatçı Elnur Həsənov olub. Lent. az-a
açıqlama verən Ruhi xahiş edib ki, çəkilən şəkillər sosial şəbəkəyə yerləşdirilməsin. Uşaqlarımın şəkillərinin yayılmasını istəmirəm”.
Fotolar müəllifə məxsusdur