Ruhinin ad günü: əvvəl həbsxana, sonra parti
09 mart 2014 00:52 (UTC +04:00)

Ruhinin ad günü: əvvəl həbsxana, sonra parti

“Özünə bax” layihəsinin siması Ruhi Əliyeva həbsxanaya yollanıb.

 

Axşam.az xəbər verir ki, o, 500 ədəd qızıl gül alaraq qadın təcridxanasına gedib.

 

Ruhi ilə birlikdə həbsxananı müğənni Elton Hüseynəliyev, Elçin Cəfərov, prodüser Tolik, meyxanaçı Ehtiram və İntiqam qardaşları da ziyarət edib. Təşkilati işlər Tolikə həvalə olunub. Ruhi ad günü tortunu da orada kəsib.

 

R.Əliyeva ən böyük savabın həbsxanada olan xanımlara belə bir gündə diqqət göstərmək olduğunu vurğulayıb. O, məhbuslar qarşısında çıxış edərkən təsirlənib və göz yaşlarını saxlaya bilməyib.

 

Qeyd edək ki, bu gün Ruhi həm də doğum gününü qeyd edib. O, bu axşam paytaxt restoranlarının birində dostlarının əhatəsində doğum gününü keçirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6318

Oxşar yazılar