Müğənni Roza Zərgərli sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı sosial xidmət müəssisəsində tədbir keçirib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, o, tez-tez bu cür tədbirlərə qatılır: “Düşünürəm ki, tanınmışların hər biri belə tədbirlərə qatılmalı və uşaqları sevindirməlidir. Onların da hər bir insan kimi sevilmək haqqı var. Mən bütün həmkarlarıma müraciət edirəm ki, gəlin, əl-ələ verək, bu cür insanlara yardım edək".
Qeyd edək ki, tədbirdə “The Best Model of the World 2007”-in qalibi, model Rüstəm Cəbrayılov da iştirak edib.