Müğənni Röya Ayxan yanvarın 29-u, 30-u və 31-də Heydər Əliyev Sarayında gerçəkləşdirəcəyi solo konsertinə hazırlaşır. Lent.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib. 2014-ci ildə “Mənəm” adlı konsert proqramı ilə üç gün çıxış edəcək müğənni “İnstagram” səhifəsində yeni imicdə olan şəklini paylaşaraq, “Darıxmışam hamınız üçün, konsertə hazırlıqdı deyə, bura girməyə vaxt olmur” sözlərini qeyd edib. Yeni paylaşdığı fotoda onu Rihannaya bənzədənlər də olub.
Onu da əlavə edək ki, konsertin giriş qiyməti 20-150 AZN aralığında olacaq.