Röyadan <span style="color:red;">ETİRAF : “Bəzən anlamıram ki, Anar mənim ərimdir”
11 iyul 2014 16:35 (UTC +04:00)

Röyadan ETİRAF: “Bəzən anlamıram ki, Anar mənim ərimdir”

Hər zaman maraqlı açıqlamaları ilə yerli şou-biznesdə gündəm yaradan estrada ulduzu Röya Ayxan yenə danışdı. Lent.az-a açıqlama verən müğənni bu dəfə xasiyyətindən və çılğınlıqlarından söz açdı.

 

“Mən əkizlər bürcüyəm. Bu bürcün xüsusiyyətləri mənim xasiyyətimə və davranışlarıma da təsir edib. Daxilimdə iki nəfər var elə bil. Bəzən çox ağıllı oluram, bəzən dəliliyim tutur. Bəzən çox böyüklük edirəm. Bəzən isə lap balaca uşağam. Bir də bir anda fikrimdən dönməyim var. Ağladan da mən ola bilərəm, güldürən də. Çox çılğınam. Bu mənim içimdən gəlir. Nə qədər böyüsəm də, anlayıram ki, içimdəki həmin balaca Röyadır”.

 

Uduz etiraf edib ki, bu günədək ailəsində narazılıq olduğu hallarda çıxıb evdən gedir: “Evdə dava edərkən uşaq kimi küsüb gedə bilirəm. Çox rahat şəkildə əşyalarımı yığıb, çıxıram evdən. Günlərlə hamıdan xəbərsiz anamgildə qala bilərəm. Sinif yoldaşım və ya rəfiqəmin yanına da gedib qalmışam. Xahiş edirəm ki, heç kimə deməsinlər. Məni dostlarım da başa salır. Deyirlər ki, sən subay qız deyilsən. Sən bir uşaq anasısan və sənin ailən var. Amma məni günlərlə axtara bilərlər. Bəzən anlamıram ki, Anar mənim ərimdir. Uşaq kimi aparıram özümü. Deyirlər ki, sən eşq və macəra yaşamırsan ki. O, sənin həyat yoldaşındır. Həddi də var ki, lap səni gəlib burdan döyüb aparsın. Amma mən bunu anlamıram. Hə, uşaq kimi oluram. Amma bunun tam əksi olan hərəkətlərim də var. Məsələn, atam üçün oğul ola bilərəm. Qardaşım üçün qardaş, dostum üçün də sirdaş. Vəziyyətdən asılı olaraq gərək olan adama çevrilə bilirəm.  Atam həmişə mənimlə fəxr edib. Deyir ki, nə qədər qabağa getsən də, həmişə arxaya baxmısan”.

# 4793

Oxşar yazılar