Litva müvafiq koalisiya yaradılarsa, təlimatçılarını dərhal Ukraynaya qaytarmağa hazırdır.
Lent.az xəbər verir ki, bunu Fransanın “La Chaîne Info” kanalına müsahibəsində Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
Onun sözlərinə görə, söhbət müharibə başladıqdan öncə Ukraynada olan hərbçilərdən gedir.
“Biz Ukraynaya, orada müharibədən öncə olan hərbçiləri geri göndərə bilərdik. Mən sizə deyirəm ki, Litva, məsələn, Ukraynada əsgər hazırlayacaq Fransanın başçılıq etdiyi koalisiyaya qoşulmağa hazırdır”, - Landsberqis vurğulayıb.