Müğənni Röya Ayxan aparıcı Nəsib Nurun yeni doğulmuş oğlunun şəklini sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, aparıcının ailəsi ilə görüşən ifaçı şəklə bu şərhi qeyd edib: “Dünən gözəl gün idi. Nəsib Nurun oğlu ilə tanış olduq. Pəriş və Nəsib, Allah sizi hər iki paydan verdi. Qoy can sağlığında versin. Sağ-salamat böyüdəsiniz. Biz dostlar sizi çox sevirik”.
Xatırladaq ki, aparıcı Nəsib Pərvanə adlı xanımla 2010-ci il aprelin 7-də ailə qurub. Cütlüyün həmin evlilikdən bir qızı və bir oğlu var.
Qeyd edək ki, N.Nur müğənni Səidə Sultanın bacısı ilə evlənib.