Müğənni Röya Ayxan sabah Fransada lentə aldırdığı “Günahsız günahım” adlı klipinin təqdimatını keçirəcək. Bunu Lent.az-a müğənninin prodüseri Kənan Bayramov deyib. O, müğənninin təqdimatında klipdəki tərəf müqabilinin də iştirak edəcəyini söyləyib: “Sabah “ATV”-də “Gün keçir” verilişində gerçəkləşəcək təqdimatda Röyanın tərəf müqabili, “Taksi” filmindən tanıdığımız Samy Naceri də iştirak edəcək. Bundan əlavə, sabah müğənni canlı yayımda doğum gününü qeyd edəcək”, - deyə o bildirib.
Xatırladaq ki, müğənnini klipdə tərəf müqabili Samy Naceri taksi sürücüsü obrazını canlandırır.
“Günahsız günahım” klipinin rejissoru isə Charly Clodionundur.