Ötən gün ad gününü qeyd edən müğənni Röya Ayxan təəssüratlarını bölüşüb. Lent.az-ın məlumatına görə, ifaçı özəl günü barədə “10-lar” verilişində danışıb: “Allah məni çox sevib, bütün arzularıma çatdırıb. Tapdıqlarım da oldu, itirdiklərim də. Çox xöşbəxt olacam deyə düşündüklərim oldu, yarı yolda qoyanlar oldu. Atama anama təşəkkür edirəm ki, məni dünyaya gətiriblər”.
Qeyd edək ki, əsil adı və soyadı Röyalə Nəcəfova olan ifaçı 1982-ci il iyunun 14-də Ağdam rayonunda dünyaya gəlib.