Məşhur müğənni Rihanna Somadakı faciəyə görə Türkiyənin kədərinə şərik çıxıb. Lent.az-ın xəbərinə görə, Rihanna “Twitter”dəki profilinə qara fonda iri hərflərlə “SOMA” sözü yazılmış foto yerləşdirib.
Rihanna 2011-ci il 23 oktyabrda Vanda baş vermiş zəlzələ zamanı da “Twitter”də "Were praying for all of you Turkey #Pray4Turkey” (Hamımız sizin üçün dua edirik, Türkiyə) mesajını paylaşmışdı.