Rəqsanənin konserti təxirə salınır? - AÇIQLAMA
30 iyun 2014 15:18 (UTC +04:00)

Rəqsanənin konserti təxirə salınır? - AÇIQLAMA

Bu gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılova solo konserti baş tutacaq. Lent.az-ın məlumatına görə, hava şəraitinin küləkli və ara-bir yağışlı keçməsi bəzi insanlarda konsertin təxirə düşməsi ehtimalını yaradıb.

Müğənni özü isə mətbuatda yaydığı açıqlamasında konsert təxirə düşməyəcəyini bildirib. İfaçı bu gün “Sevgililər gün”ünə həsr edilən konsertində çıxış edəcəyini vurğulayıb.

“Səhərdən telefonuma yüzlərlə zənglər gəlib. İnsanlar hava şəraitindən asılı olmayaraq konsertə gələcəklərini deyirlər. Mən də böyük əhval-ruhiyyə ilə onların qarşısına çıxıb, mahnılarımı səsləndirəcəm”.

Xatırladaq ki, konsertə giriş pulsuzdur.  

# 1803
avatar

Yalçın UĞUR

Oxşar yazılar