Suriya prezidentinin həyat yoldaşına XƏRÇƏNG DİAQNOZU  qoyuldu
21 may 2024 13:15 (UTC +04:00)

Suriya prezidentinin həyat yoldaşına XƏRÇƏNG DİAQNOZU qoyuldu

Suriyanın birinci xanımı Əsma Əsədə kəskin miyeloid leykemiya diaqnozu qoyulub.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə prezident Bəşər Əsədin ofisindən açıqlama verilib.

Bir neçə əlamət ortaya çıxdıqdan sonra birinci xanım müayinə edilib və xərçəngə tutulduğu məlum olub. O, hazırda müalicə alır. Kəskin miyeloid leykemiyanın əlamətləri yorğunluq, solğunluq, qanaxma və qanaxmaya meyl, qızdırma, yoluxucu ağırlaşmalardır.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Əsədin həyat yoldaşına erkən mərhələdə döş xərçəngi diaqnozu qoyulmuşdu və Dəməşqdəki hərbi xəstəxanada müalicə olunurdu. 2019-cu ilin yanvar ayında əməliyyat edilərək şiş çıxarılıb. Həmin ilin avqustunda Əsma Əsəd sağaldığını elan edib.

Əsma Əsədin 48 yaşı var. O, Londonda anadan olub və ikili vətəndaşlığı var. Onun ailəsi Suriyanın Homs şəhərindəndir. Atası Favaz Axras kardioloq, anası Sahar Autry Akhras isə diplomat idi. Əsəd London Kral Kollecini bitirib. 2000-ci ildə Suriyaya gedib və orada Əsədlə görüşüb. Elə həmin il o, Suriyanın birinci xanımı olub. Cütlüyün üç övladı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3420
avatar

Fidan İlqar

Oxşar yazılar