Sındırılması  çox asan   olan dördrəqəmli parollar –  İstifadə etməyin
21 may 2024 13:59 (UTC +04:00)

Sındırılması çox asan olan dördrəqəmli parollar – İstifadə etməyin

2024-cü ildə dünyada ən populyar dördrəqəmli parol 1234-dür. Ondan istifadə tez bir zamanda cihazın və ya hesabın sındırılmasına səbəb ola bilər. Artıq uzun illərdir ki, insanlar bu paroldan istifadə etməkdən əl çəkmir.

Dörd rəqəmli parolların 10.000-dən çox mümkün kombinasiyası var, lakin insanlar adətən onlarla əlaqəli olan və təxmin etmək asan olan, məsələn, doğum tarixi kimi ən populyar parollardan istifadə edirlər. Bəs, bunlar arasında ən çox istifadə olunanları hansılardır? 

Lent.az sındırılması çox asan olan dördrəqəmli parolları təqdim edir: 

1234;
1111;
0000;
1212;
7777;
1004;
2000;
4444;
2222;
6969. 

Ən az yayılmış dördrəqəmli parollar

8557;
8438;
9539;
7063;
6827;
0859;
6793;
0738;
6835;
8093.

Kibertəhlükəsizlik mütəxəssisləri insanlara sadə parollardan qaçmağı tövsiyə edir. Çünki onlar kiberhücumlar üçün asan hədəfə çevrilə bilər. Parol cəhdlərinin sayında məhdudiyyət olsa belə, beş cəhd ərzində hakerin hesaba girmə ehtimalı 20 faiz təşkil edir.

Sosial şəbəkələrdə və digər yerlərdə şəxsi hesablarınızı qorumaq üçün parolunuzda doğum ilinizi, şəxsi məlumatlarınızı və təkrar nömrələrdən istifadə etməməyiniz tövsiyə olunur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4218
avatar

Sevinc Fərid

Oxşar yazılar