Neftçalada narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət Mirzəyev saxlanılıb.
Ondan 1 kiloqramdan artıq tiryək və heroin aşkarlanıb. Araşdırmalarla zamanı D.Mirzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.