Müğənni Rəqsanə İsmayılovanın vaxtı ilə kirayə qaldığı evin sahibi onu axtarışa verib. Bu barədə Pərvanə İsgəndərova adlı bir şəxs Lent.az-a məktub ünvanlayıb: “Sizə İstanbuldan yazıram. Müğənni Rəqsanə İsmayılovanın köhnə ev sahibəsiyəm. Ev pulu vermədiyi üçün bir neçə ay bundan qabaq məhkəmənin qərarı ilə evdən çıxartdıq. Amma o pulun hamısını ödəməyib. Məhz buna görə də onu axtarışa vermişəm. Eşitdiyimizə görə, o, İstanbuldadır. Amma vəkilim onu tapa bilmir”.
Bununla bağlı Rəqsanə ilə əlaqə saxladıq. Lent.az-a açıqlama verən müğənni bu məsələnin keçmişdə qaldığını söyləyib: “Bu söz-söhbət artıq keçmişdə qalıb. İndi məni axtarır? Axtarsın. Nə edir, etsin. Belə də yaza bilərsiniz”.