Rəqsanənin dili tutuldu
13 dekabr 2012 13:06 (UTC +04:00)

Rəqsanənin dili tutuldu

Lent.az-n məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva ANS telekanalında yayımlanan "Şoumən" proqramında söyləyib. "Ay Rəqsanə, get toylarda çıxış et və öz çörəyini ye. Başa düşmürəm, ona və başqalarına mənim mahnılarımın nə aidiyyatı var? O, elə oxuyur ki, sanki quyruğunu tapdalayıblar. Belə oxumaq utancvericidir. Ona mənim mahnılarımı oxumağı rəsmən qadağan edirəm" – deyə xalq artisti əlavə edib.


Bu ittihamlarla əlaqədar olaraq müğənni Rəqsanə İsmayılova ilə əlaqə saxladıq. Ən xırda məsələləri belə mətbuata danışan müğənni bu dəfə deməyə söz tapmadı: "Mən mətbuata danışmıram".

Qeyd edək ki, şəxsi həyatı barədə ən kiçik hadisələri mətbuata çıxaran, daim qalmaqalları ilə gündəmdə olan Rəqsanənin bu hərəkəti başa düşülən deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137

Oxşar yazılar