Rəqsanə Türkiyədə təzə oğlan tapdı
03 mart 2014 14:22 (UTC +04:00)

Rəqsanə Türkiyədə təzə oğlan tapdı

Müğənni Rəqsanə İsmayılova Türkiyədə klip çəkdirir. Lent.az-ın məlumatına görə, ifaçı çəkiliş meydançasında qardaş ölkənin media nümayəndələri ilə də görüşüb. Jurnalistlərin suallarını cavablandıran sənətçi ekranlaşdırılan “Alma məndən gözlərimi” mahnısının söz və musiqisinin özünə məxsus olduğunu bildirib.

Müğənniliklə yanaşı mahnı yazmaqla da məşğul olan Rəqsanə bəstəsinin birini Səlami Şahinə təqdim etmək arzusunda olduğunu da deyib.

Qeyd edək ki, R.İsmayəılovanın klipini tanınan rejissor Teoman Topçu çəkir. Dünəndən bəzi kadrları çəkilən klipin bir hissəsi isə 9 tonluq su tutumu olan hovuzda baş olub. Sözügedən klipdə Rəqsanənin tərəf müqabili Türkiyədə fəaliyyət göstərən ispaniyalı aktyor və model Karlos Martindir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886

Oxşar yazılar