Rəqsanə səhnədən gedir
15 avqust 2013 13:41 (UTC +04:00)

Rəqsanə səhnədən gedir

Müğənni Rəqsanə 40 yaşından sonra sənəti tərk edəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi bunu “ATV maqazin” dərgisinə açıqlamasında deyib:

“40 yaşdan sonra oxumayacam, sənətdən gedəcəm. 40-dan sonra yaşlılığa doğru addım atırsan. İstəmirəm ki, bu gün şou-biznesdə olan yaşlı nəslin nümayəndələrinin “qırğınları” kimi hallar yaşayam. Biz həmin yaşlı nəsillərə baxıb, örnək götürməliyik. Amma bu gün onlar özləri dava edirlər. Ona görə də zamanı gələndə yavaş-yavaş kənara çəkiləcəm”.

Yenidən ana olmaq istəyən Rəqsanə qızına “Mihrimah” adını qoyacaq:

“Aysunu elə bir insana ərə verəcəm ki, onu Rəqsanənin qızı olaraq almasınlar. Bundan sonra hələ üç uşaq arzulayıram. Çox uşağın nə ziyanı var? Qoy böyüyüb bir-birinə dayaq olsunlar. Son zamanlar ağlımda “Mihrimah” adı dolaşır. Üçüncü qızıma bu adı verəcəm”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2135
avatar

Oxşar yazılar