Müğənni Rəqsanə İsmayılovanın Türkiyədə albom hazırlıqları davam edir. Gününü səsyazma studiyasında keçirən sənətçi ən son yeniliklərini paylaşmaq üçün artıq İnstagram sosial şəbəkəsinə də qoşulub (http://instagram.com/Raksana999). Lent.az-ın məlumatına görə, müğənni yaradıcılıq işləri ilə bağlı hazırlıq proseslərini ictimaiyyətlə bölüşərək, onların rəyinə önəm verdiyini bildirib.
Qeyd edək ki, İnstagramdan əlavə Rəqsanə Youtube-da özünə şəxsi kanal açdırıb. O, ən son videolarını həmin kanaldan paylaşacaq.