ABŞ-da Himalay cinsindən olan, internet ulduzu, «Polkovnik Myau» adlı pişik ölüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, ən uzun tüklü, 23 sm., ev pişiyi kimi Ginnesin rekordlar kitabına düşüb.
Pişik 2 yaş 3 aylıq olub. Onun ürəyində problem olduğu bildirilib.
«Polkovnik» anadan ürək çatışmazlığı ilə doğulub. ,tən ilin noyabrında baytar həkimləri onu ölümdən xilas edib. Onda «Myau» üçün 15 dollar ianə toplanıbmış.
O, 2012-ci ilin avqustundan məşhur olub. Sahibi onun fotosunu sosial şəbəkədə yerləşdirdikdən sonra istifadəçilər baxışına görə ona «Polkovnik myau» ləğəbi verib.