Rəhim Rəhimli sırğasından danışdı
28 fevral 2014 14:25 (UTC +04:00)

Rəhim Rəhimli sırğasından danışdı

Müğənni Rəhim Rəhimli qalmaqal edən həmkarlarından söz açıb. Lent.az-ın məlumatına görə, “ATV”nin “Gün keçir” verilişində qonaq olan müğənni şou-biznesdə bəzi həmkarlarını qınayıb: “Bəzən mənə sual verirlər ki, sən səkkiz il Türkiyədə oldun. Olmazdımı ki, sən o illərini Azərbaycanda keçirəsən? Niyə yox olub Azərbaycandan getdin? Mən də deyirəm ki, Allaha qurban olum, nə yaxşı ki, vaxtında çıxıb getmişəm. Çünki çox şeyləri orada öyrəndim. Bizdə şou-biznesdə olan müğənnilər düşünmədən bir-birlərini elə təhqir edirlər ki, bu yolverilməzdir. Mənim haqqımda da belə bir sözlər deyirlər. Barəmdə azmı deyirlər? Səbirli olmaq lazımdır. Mən səbirli oluram, barəmdə danışanlar mənimlə üz-üzə gələn zaman üzləri qızarır. Sonra da deyirlər ki, “Vay dədə, necə səbirli insan imiş, bizə söz qaytarmadı”. Bəzən efirdən baxdığımız zaman bəzi şou-biznes nümayəndələri bir-birlərinin ailələrini təhqir edirlər. Biri o birinə deyir ki, sən filankəssən, filankəssən... Amma sonra da barışırlar. Belə şeylər mənim xarakterimə uyğun deyil. Əgər mən bir insandan küsərəmsə, bir dəfəlik küsərəm. Həmin insan mənim həyatımdan birdəfəlik yoxa çıxar. Amma Allaha şükürlər olsun ki, elə bir insan yoxdur. Mən bu günə qədər hər kəslə mehriban davranmışam. Şou-biznesdə yeganə ifaçıyam ki, hər kəslə dostam. Heç kəslə düşmən münasibətim yoxdur”.

 

 

Müğənni daha sonra sırğasından danışıb: “Sizə deyim ki, qulağıma taxdığım sırğanı bir çoxları bəyənmir. Deyirlər bu nədir? Mən də deyirəm ki, bu, səhnə üçündür. Məclislərə gedən zaman biz çox “qlamur” görünürük. O zaman mən heç də uzun sırğa taxmıram. Bu, mənim həyatımdır. Bu həyatı özün üçün yaşamalısan”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

Oxşar yazılar