Türkiyənin tanınmış müğənnisi Rafet El Roman növbəti dəfə Bakıda qonaq olacaq. Lent.az-ın məlumatına görə, səfərin məqsədi ifaçının dekabrın 20-də Heydər Əliyev Sarayında verəcəyi konsertdir.
Xatırladaq ki, Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq gecənin aparıcılığını Nanə Ağamalıyeva edəcək. Dicey Roşkanın da çıxışı gözlənilir.