Azərbaycanın sevilən qadın müğənniləri vətənpərvərlik mövzusunda yazılan mahnını ifa etmək üçün bir araya gəliblər. Lent.az-ın məlumatına görə, xalq artisti Flora Kərimova, əməkdar artistlər Gülyanaq və Gülyaz Məmmədovalar, Lalə Məmmədova və Səbinə Babayeva Azərbaycanın döyüşçüsü İbad Hüseynov haqqında "İbadlar diyarı" adlı mahnı ifa ediblər. Musiqisi İmruzə Hüseynovaya, sözləri Gülşən Behbuda məxsus mahnının bu yaxınlarda klip çəkilişləri planlaşdırılır.
Qeyd edək ki, mahnıda haqqında bəhs olunan qəhrəman İbad Hüseynovun başına erməni terrorçu Monte Melkoyanı öldürdüyünə görə ermənilər tərəfindən 12 milyon dollar pul qoyulub. Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində mahnıya çəkilən klipin təqdimatı gözlənilir.