Borcunun yerinə ayını girov qoydu
13 iyul 2014 07:31 (UTC +04:00)

Borcunun yerinə ayını girov qoydu

Qazaxıstanın Kostanay vilayətində 3 yaşlı “Katya” adlı ayının yiyəsi axtarılır.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bir ildən çoxdur yiyəsi onu tanışından götürdüyü borc pulun əvəzində girov qoyub.

 

“Bir kişi pul borcu qarşılığında ayın girov qoyub. Artıq ikinci ildir Katya şəhərkənarı evdə saxlanılır” -deyə, vilayətin meşə və ov təsərrüfatı müfəttişi bildirib.

 

Ayıya qəfəs düzəldiblər. Onu zooparka və ya sirkə verə bilmirlər. Çünki heyvanın sənədləri yoxa çıxan yiyəsindədir.

 

Müfəttiş daha sonra deyib: “Bircə onu tapmaq lazımdır. Qohumları vasitəsi ilə tapmağa cəhd göstərilib. Bizə elə gəlir ki, o, Rusiyaya gedib. Polis də işə qarışıb. Əgər heyvan ona lazım deyilsə, qoy, sənədləri versin, onda Katyanı zooparka, ya da sirkə göndərmək olar”.

 

 

# 1771
avatar

Oxşar yazılar