Prodüser Tolik yenə də açıqlaması ilə qalmaqal yaradıb.
Axşam.az-ın məlumatına görə, prodüser İnstaqram səhifəsində xalq artistlərinin ona söz atdıqlarını bildirib.
O deyib ki, bəzən efirə baxanda gülməyi gəlir:
“Hətta xalq artistləri də mənə söz atır. Amma adımı çəkməyə cəsarətləri çatmır. Çünki onlar özlərini güclü sayırlarsa, məni özlərindən də güclü bilirlər. Mən danışanda ad çəkirəm, onlar yox... Bəli, nömrə birəm. Sözü olan gəlib üzümə desin, görüm nə deyəcək. Mən işlədiyim müğənninin ayda 20 toyu olur. Sizin isə bir ildə o qədər toyunuz olmur. Yazıqlar olsun”.