Fransanın Marsel şəhərinin sakini «Oskar» adlı pişiyə işgəncə verdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, həmin gənc 5 aylıq pişiyə verdiyi işgəncəni videoya çəkərək«facebook» səhifəsində yerləşdirib. Həmin videoda o, pişiyi havaya tulladığı, onu divardan-divara vurduğu görünür.
Məhkəmə iclasçılar onu «sadist» adlandıraraq, ona bir iş verilməsini tələb edib. Marsel məhkəməsinin hakimi tələbləri əsaslı sayıb.
Bu qərara etiraz edənlər də olub. Yüzlərlə insan məhkəmənin birinası qarşısında qərara qarşı nümayiş keçirib.