Biznesmen-müğənni Orxan Babazadə “Sən mənim gözəlimsən” klipinin təqdimatını keçirib. Mahnının sözləri və musiqisi Ceyhun Əliyevindir. Lent .az-ın məlumatına görə, rejissor Anar Hüseynovun ekranlaşdırdığı klipdə Orxan tam fərqli bir imicdə görünüb. Klip boyu 3 kostyum dəyişən müğənni avadanlığı Türkiyədən sifariş edib.
Xatırladaq ki, bu avadanlıqdan ilk dəfə meqastar Tarkanın kliplərində istifadə olunub.
Orxan yaxın günlərdə Türkiyəyə getməyə hazırlaşır. İstanbulda türk məşhurları ilə görüşü gözlənilən Orxan yeni klipini “Kral pop” musiqi telekanalına da təqdim edəcək.