Ollandın yeni məşuqəsi jurnaldan əl çəkmir
05 fevral 2014 06:49 (UTC +04:00)

Ollandın yeni məşuqəsi jurnaldan əl çəkmir

Fransa prezidenti Fransua Ollandın məşuqəsi aktrisa Jüle Qaya şəxsi həyatına müdaxilə iddiası ilə «Closer» jurnalının məhkəməyə verib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Fransa prokurorluğu məsələ ilə bağlı ilkin araşdırmaya başlayıb.

 

«Closer»in suçu təsdiqlənəcəyi halda o, Qayaya vurduğu mənəvi zərbəyə görə, 45 min avro ödəyəcək.

 

Ölkə qanunlarına əsasən, avtomobil «şəxs ərazi» sayılır, icazəsiz ora müdaxilə edən cinayətə məsuliyyətinə cəlb olunur.

 

Bu 41 yaşlı aktrisanın jurnala qarşı ikinci iddiasıdır. Əvvəlcə o, mənəvi zərbəyə görə dərgidən 50 min avro və  4 min avro məhkəmə xərclərini istəmişdi.

 

Xatırladaq ki, «Closer» Fransa prezidenti Fransua Ollandla Jüle Qayanın aşiq-məşuq olmasının üstünü açmış, fotolar dərc etmişdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar