Ollandın məşuqəsi münsiflər heyətindən uzaqlaşdırılıb
16 yanvar 2014 04:34 (UTC +04:00)

Ollandın məşuqəsi münsiflər heyətindən uzaqlaşdırılıb

Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahı ilə yaşadığı xanımına aktrisa Jüle Qaya ilə xəyanət etməsi məsələsi ölkədə bir mənalı qarşılanmır.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «France24» telekanalı bildirib ki, aktrisanı Romada Fransa  Akademiyasının münsiflər heyətinə buraxmayıblar.

 

Mənbənin məlumatına əsasən, bu məsələdə Fransanın mədəniyyət naziri Oreli Filippetti israr edib. «Filippetti açıqlama vermədən onun namizədliyini siyahıdan çıxarıb»-deyə, yerli KİV yazıb.

 

Fransa İncəsənət Akademiyasının münsiflər heyətinə Jüle Qayanın yerinə yazıçı Emmanuel Bernheym daxil edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494

Oxşar yazılar