Əməkdar artist Nuriyyə Hüseynova "Sənsizlik..." mahnısını dinləyicilərin ixtiyarına verib. Lent. az-ın məlumatına görə, sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Çilənay Hüseynovaya aid olan yeni mahnı artıq Youtube və sosial şəbəkələrdə də yayılıb. Müəlliflər və ifaçı yeni mahnının dinləyicilərin xoşuna gələcəyinə inanırlar. Nuriyyə Hüseynova: “Bu mahnı həyatda çox sevdiyi insanları itirənlərə, onları hər zaman gözləyən və özləyənlərə bizdən kiçik bir hədiyyə olsun. Əslində, sevən sevdiklərini heç zaman tərk etmir sadəcə fiziki olaraq onlardan ayrılır... “