Nazpərinin 200 min manatlıq iddiası rədd edildi QALMAQAL
18 dekabr 2013 13:31 (UTC +04:00)

Nazpərinin 200 min manatlıq iddiası rədd edildi QALMAQAL

Bu gün Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə xalq artisti Nazpəri Dostəliyevanın iddia ərizəsi əsasında məhkəmə prosesi baş tutub. Bu barədə Lent.az-a İ. Quliyevanın vəkili Ceyhun Cəfərov məlumat verib. O, bildirib ki, məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekspertizaya göndərilməsini vacib sayıb.

 

Xatırladaq ki, Nazpəri Dostəliyeva ATV kanalında yayımlanan “Ümid var” verilişində İlhamə Quliyevanın  onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələrdən istifadədə ittiham edirdi.

 

N. Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə İ. Quliyevadan 200 min manat pul təzminatının tələb olunmasını istəyirdi.

 

Qeyd edək ki, növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2515
avatar

Oxşar yazılar