Xalq artisti Nazpəri Dostəliyeva yeni fotosunu paylaşıb. Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, daim bahalı daş-qaşları, avtomobilləri ilə göz önündə olan sənətçiyə dəyərli hədiyyə edilib.
Pərəstişkarları tərəfindən tez-tez hədiyyə alan sənətçinin bu dəfəki sürprizi “Lamborghini” olub. Bu, sizin düşündüyünüz milyon dəyərində olan avtomobil deyil, eyni markadan olan mobil telefondur.
Qeyd edək ki, bu telefonun qiyməti 5 min manata yaxın qiymətləndirilir.
Müğənni hədiyyəyə görə çox sevincli olduğunu vurğulayıb. İfaçı bahalı telefonun fotosunu çəkib şəxsi İnstaqram səhifəsində "Təşəkkür edirəm, canım" şərhi ilə paylaşıb.