Hindistanın insan resurslarının inkişafı naziri Şaşi Txarurun həyat yoldaşı Sunanda Puşkarın cəsədi aşkarlanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir gün öncə o, ərini xəyanətdə suçlayaraq, məşuqəsi ilə yazışmasını açıqlamışdı.
Yerli KİV bildirib ki, S.Puşkarın cəsədi Nyu-Dehlidə mehmanxanalardan birində aşkar edilib.
Mənbə xatırladıb ki, əvvəlcə nazirin xanımı bu məlumatı «Facebook» səhifəsində paylaşdığını təsdiqləyib, ancaq sonradan oradakı məlumat pozulub və o, nikahından məmnun olduğunu bildirib.