Kanadalı anestezioloq narkoz altında olan xəstəni cinsi təcavüzə məruz qoyduğu üçün 10 il azadlıqdan məhrum edilib.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, 65 yaşlı Corc Dudnot məhkəmə zalından həbsxanaya aparılıb.
«North York General Hospital»-ın keçmiş anestezioloqu hələ keçən ilin noyabrında Torontoda zorlama olayı ilə bağlı ittiham olunmuşdu. O, 25-75 yaş arasında olan 21 pasienti zorlayıb. Dudnot qadınlara cərrahiyyə masasında olarkən təcavüz edib. Hadisələrin çoxu 2006-2010-cu illərdə baş verib.