Namiq Qaraçuxurlu toyundan danışdı: “Gəlini heç kim görməyəcək”
30 iyun 2014 17:20 (UTC +04:00)

Namiq Qaraçuxurlu toyundan danışdı: “Gəlini heç kim görməyəcək”

Meyxanaçı Namiq Qaraçuxurlu ailə həyatı qurmağa hazırlaşmasından danışıb. Lent.az-ın məlumatına görə, söz ustası “10-lar” verilişinə açıqlamasında bildirib ki, onun toyunda yalnız bəylər olacaq: “Mən ancaq kişi toyu edəcəm. Yalnız bəylər olacaq. Gəlini də heç kim görməyəcək. Çünki bunu özüm istəmirəm”.

 


N.Qaraçuxurlu gəlinsiz toyun şayiələrə səbəb olacağına isə bu cür şərh verib:  

“Elə insanlar var ki, hər zaman onlara gülmüşəm. Bəzilərinə deyəndə “zaqs”ın yoxdur, inandırmaq üçün gətirib sənəd göstərir. Nə bilim uşaq mənimdir, soyadı da var. Toyu tamaşaçılar, media üçün etmirəm. Mən özüm üçün edirəm bu xeyir işi. Ona görə də, bunun dərdini çəkmirəm”. 

# 3305
avatar

Oxşar yazılar