Ata körpəni istəmədi, anası küçəyə atdı
21 may 2024 16:55 (UTC +04:00)

Ata körpəni istəmədi, anası küçəyə atdı

Rusiyanın Moskva şəhərində 30 yaşlı ana sevgilisi ilə mübahisə etdikdən sonra iki aylıq körpəsini supermarketin pilləkənlərinə atıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə şəhərin cənub-qərbində, Admiral Uşakov küçəsində yerləşən mağazanın yaxınlığında baş verib. Cütlük mübahisə edib və heç biri körpəni götürmək istəməyib. Ata onu zorla anasına verməyə çalışıb. Kişi getdikdən sonra qadın da uşağı pilləkənlərə qoyaraq gözdən itib.

Yoldan keçənlər hadisə yerinə təcili yardım çağırıb. Xəstəxanaya çatdırılan uşağın həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Ana onu təhlükə altında qoyduğu üçün cinayət məsuliyyətinə cəlb olunur. Atanın cəzalandırılmasının nəzərdə tutulub-tutulmadığı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Oxşar yazılar