Nahid Emiloğlu əməliyyat haqda Lent.az-a danışıb. Təşkilatçı bir neçə gün öncə bıçaq altda düşdüyünü dilə gətirib: “Geniş infarkt keçirtmişəm. Qapalı əməliyyat oldu. Bu gün artıq xəstəxana ab-havasına dözə bilməyib evə buraxıldım. Bir az babatam, yavaş-yavaş düzələcəm. Yanımda olan bütün dostlara təşəkkür edirəm”.
***
10.49
Nahid Emiloğlu ürəyindən əməliyyat olunub
“Səs music organization”nun rəhbəri Nahid Emiloğlu əməliyyat olunub. Lent.az-ın məlumatına görə, o, şiddətli ürək ağrıları ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, ordan da təcili Mərkəzi Gömrük Hospitalına əməliyyata alınıb.
İlkin məlumata görə, təşkilatçının ürək damarlarına stend qoyulub. Hazırda Nahid vəziyyəti nisbətən yaxşıdır.
Allah şəfa versin!