“Mən tacla yaranmışam. Süni taclara ehtiyacım yoxdur. Mənim bir amalım var. Bu səhnəyə Nadir kimi gəlmişəm. Krallar, şahzadələr, prinslər yalandır. Onlar “kitayski” titullardır. Şah Qafarzadə gerçəkdir”.
Lent.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Atv maqazin” verilişinə müsahibəsində deyib. Müğənni şou aləmində heç kimsədən titul gözləmədiyini açıq şəkildə bildirib: “Mənim özümün tacım var. Özü də ki, sənədli və sübutlu. Heç kimin tituluna ehtiyacım yoxdur. Mənim titulum əzəldən bəllidir. Bu şou biznesdə çox üzlü insanlar çoxdur”.
N.Qafarzadə İlhamə Quliyeva ilə olan münasibətindən də danışıb:
“İlhamə Quliyeva gözəl sənətkarlardandır. Tükəzban xanımın bizə yadigarıdır. Amma mən həmişə onun yanında ola bilmərəm ki, mənim də öz ailəm var. Əgər məni görmək istəyirsə, mənə zəng edər”.