Müğənnilərimizin pis vərdişləri nədir? – Sorğu
04 oktyabr 2013 12:41 (UTC +04:00)

Müğənnilərimizin pis vərdişləri nədir? – Sorğu

İnsanların özünəməxsus vərdişləri var, kimininki yaxşı, kimininki isə zərərli. Zərərli vərdişlərimizi tərgitmək istəsək də bəzən bu, alınmır. Bəs görəsən daima gündəmdə olan, insanların sevərək izlədiyi şou-biznes nümayəndələrinin ən pis vərdişləri hansılardır? Şou-biznesin gündəmdə olan sənətçilərindən bu barədə soruşanda maraqlı nüanslarla üzləşdik.

Sorğuda iştirak edən sənət adamlarının əksəriyyəti pis vərdişlərinin olmadığını, hər zaman pərəstişkarlarını sevindirmək üçün öz üzərilərində işlədiklərini və statuslarına görə məsuliyyət hiss etdiklərini söylədilər. Amma aralarında cəsarətli çıxıb, ən pis vərdişlərini bizimlə bölüşənlər də tapıldı. 

Əməkdar artist Elza Seyidcahan çox hallarda kiməsə əsəbiləşdiyini, hirsi soyuduqda isə təəssüfləndiyini söylədi. Onun sözlərinə görə, insan hər şeyə görə öz kefini pozmamalıdır, bu, həm insanın özü, həm də onun çevrəsindəki insanlar üçün heç də yaxşı nəticə vermir: “Əsəbiləşmək insanın orqanizminə çox zərər verir. Əsəbim soyuduqdan sonra düşünürəm ki, nə edirəm, özümə edirəm. Belə ki, hər bir insan adi şeydən əsəbiləşir. Belə hallar isə məndə tez-tez baş verir. Canlı verilişlərə, tədbirlərə gecikməyi mən pis vərdiş hesab etmirəm. Çünki mənim stilistim Pərviz Mirzəyev üzərimdə çox işləyir, onun işi gec bitdiyi üçün mən də tədbirlərə gecikirəm. Digər pis vərdişim odur ki, əlimə pul düşəndə, onu aparıb evdə dar günüm üçün saxlamıram. Həmin pulu kiməsə pay, ya da ehtiyacı olana verirəm. İnsan var ki əlinə pul düşən kimi aparıb sandığında gizləyir. Məndə o xüsusiyyət yoxdur. Mən özüm üçün cüzi pul saxlayıram, sabahımı da düşünmürəm. Hər zaman da “Allah kərimdir” deyib, işimə davam edirəm. Şükürlər olsun ki, Allah da mənə yetirir”.

“Göyçək Fatimə” adı ilə tanınan rəqqasə Fatimə Fətəliyeva ən pis vərdişinin insanlara tez inanmağı olduğunu qeyd etdi: “İnsanlara tez inandığım üçün bu, zamanla mənə pis nəticəsini göstərir. İdeal insan olmadığı kimi, bu da mənim çatışmayan vərdişimdir (gülür). Digər pis vərdişim odur ki, uşaq vaxtlarımdan ta bu günə kimi qaranlıqdan qorxuram. Tək otaqda qala bilmirəm. Evdə tək olanda bütün işıqları yandırıram”.

Müğənni Nadir Qafarzadə isə hər bir insanın həyatında çatışmayan nələrinsə olduğunu və bunu normal hal kimi qarşıladığını söylədi: “Düşünürəm ki, pis vərdişi olmayan insan yoxdur. Mənim işimə təsir edə biləcək böyük pis vərdişim yoxdur. Sadəcə olaraq, haqsızlıqlara qarşı çox həssasam. Kiməsə sözüm oldusa, onu açıq-aşkar deyirəm. Sonra da adım qalır, qalmaqallı müğənni (gülür). Çılğınlıq mənim vərdişim sayılır. Az hallarda dediyim sözə görə peşman oluram. Hər zaman sözün düzünü deməyə çalışıram. Bu da mənim üçün problem olur. Axı sözümün ağasıyam”.

Estrada ifaçısı Roza Zərgərli getdiyi bütün tədbirlərə, verilişlərə vaxtında çatdığını, ancaq bir neçə pis vərdişinin də olduğunu söylədi: “Gecələr gec yatıram və buna görə də səhərlər gec dururam. Pis vərdişim bununla bitmir. Həm də çox pul xərcləyirəm. Görüşlərimi nahardan sonraya salıram, demək olar ki, dəvət aldığım tədbirlərə gecikmirəm. Hər yerə vaxtında çatıram. Bu mənim həyatda olan prinsiplərimin ən vaciblərindən biridir. Nəyin bahasına olursa-olsun, hər zaman sözümün üstündə dayanmışam və sözünə sahib insanlara hörmət edirəm”.

Gənc ifaçı Yaşar Cəlilov pis vərdişinin təhlükəli olduğunu və bunu zamanla tərgitmək istədiyini söylədi: “Mənim ən pis vərdişim sürətlə maşın sürməyim və maşın sürərkən telefonla oynamağımdır. Çox çalışıram ki, bu vərdişimi tərgidim”. .

Qəribədir ki, bir çox məşhurlar pis vərdişlərdən uzaq olduqlarını və hərəkətlərini hər zaman yerində etdiklərini düşünür. Nə deyək. Təki elə olsun.

 

kaspi.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47