Müğənni Günel Məhərrəmova: "Deyirlər pul ver, səni efirə çıxardaq"
20 mart 2015 22:40 (UTC +04:00)

Müğənni Günel Məhərrəmova: "Deyirlər pul ver, səni efirə çıxardaq"

“İndiki dövrdə oğlan uşağına tərbiyə vermək çətindir. Fikirləşirsən ki, böyüyəndə necə olacaq?! Mən o dəqiqə pis şeylər fikirləşirəm.  Eyni zamanda düşünmürəm ki, övladım pis olsun. Çünki naqislik insanın genində olmalıdır. Şükür olsun ki, genimizdə pis bir şey yoxdur. İnşallah, yaxşı olar”. Bu sözləri APA TV – nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Günel Məhərrəmova deyib: “Mənim üçün ən önəmlisi tərbiyədir. Çalışaram ki, özü yaxşı oxusun, yaxşı təhsil alsın və öz yolu olsun. Yəni, övlad üçün hər şeyi edib rahatlaşmağı qəbul etmirəm. Necə ki, mən hər şeyi çətinliklə əldə etmişəm, istəyərəm ki, o da bu çətinlikləri görsün. İnsan hər hansı yerə çatmaq üçün çətinlik çəkməyəndə həyat ona maraqsız gəlir. Heç nə fikirləşmir. Bu gün atam, anam qazansın, gətirsin deyə düşünür. Amma mən istəyirəm ki, övladım yaxşı təhsil alsın. Bir sözlə, tərbiyə və təhsil ən vacibidir.

 

 

Dünyanı gəzib dolaşmaq maddiyyatdan irəli gəlir. Bu gün mənim pulum var deyə övladımın cibinə qoyub, deyim, get gəz, bu onun həyatında müsbətə doğru olmayacaq. Yəni, inanmıram olsun”.

 

Günel xanım yeni planlarından da danışıb: “Bayramlarla əlaqədar bir az tənbəllik etdim. Hiss edirəm ki, repertuarımda zəiflik var. Çoxdandır, mahnı yazdırmıram, öz üzərimdə işləmirəm. Həm də sındım – efir problemi var. Məsələn, mahnı yazdırmışam, klip çəkdirmişəm amma nəticədə uşağımın boğazından kəsib nə qədərsə pul verməliyəm ki, yayımlaya bilim. Bu nə dərəcədə düzgündür? Ona görə də düşünürəm ki, elə “Youtuba”da getsə, yaxşıdır. Düzdü, bəzi kanallar var ki, hər zaman çağırırlar. Amma bəziləri də var ki, orada ancaq maddiyyat rol oynayır. Pul ver, səni çıxardım efirə. Bu nə dərəcədə düzgündü? Pulu da aşırı dərəcədə çox istəyirlər. Pulum olsa belə, verib çıxmaram. 2004 – 2008 – ci illərdə bəlkə də saçımın tükü qədər dövlət tədbirlərinə getmişəm. Getməliyəm də, borcumdur. Amma bunun qarşılığını görmək istəyirəm. Düzdü, bu gün gündəmdə olmaya bilərəm. O da ki, efirdən asılıdır. Əgər efirdəsənsə, deməli, gündəmdəsən. O qədər gözəl mahnılarım var ki, səslənmir”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar

Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46