Müğənni Elnur Məmmədov səfərə hazırlaşır. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bir neçə gün sonra Kanadaya yola düşəcək:
“Yaradıcılıq işlərimlə əlaqədar Kanadaya səfərə hazırlaşıram. Bu təklif həmin ölkənin təşkilatçısından gəlib. İlk öncə getmək istəməsəm də, bir müddət sonra razılıq verdim. Hazırda bir neçə layihələrin hazırlıqları gedir. Bundan əlavə yeni mahnılar yazdırmışam. Onların bir neçəsini bir müddət sonra dinləyicilərin ixtiyarına verəcəm. Həmin işlərin nəticəsini və nədən ibarət olmasını isə tam hazır olduqdan sonra deyəcəm. Öncədən layihənin mahiyyəti barədə nəsə demək istəmirəm”.