Modelyer-dizayner Gülnarə Xəlilova bu il "Eurovision" mahnı müsabiqəsində iştirakçılar arasında 10 ən dəbli səhnə obrazlarını seçib. Lent.az-ın məlumatına görə, G.Xəlilova özünün tərtib etdiyi “TOP-10”-da bu iştirakçıları qeyd edib:
Dilarə Kazımova (Azərbaycan), Can-Linn ilə Keysi Smit (İrlandiya), «Pollapönk» (İslandiya), Emma (İtaliya), Tiyana (Makedoniya), Kristina Skarlat (Moldova), Tolmaçova bacıları (Rusiya), Tinkara Kovaç (Sloveniya), Mariya Yaremçuk (Ukrayna) və «Softengine» (Finlandiya).
Qeyd edək ki, bu il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” qalibi avstriyalı transivist Konçita Vürst olub.