Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva Erkan Özermanın rəhbəri olduğu "Best Model of the World" yarışmasının finalında münsif kürsüsündə yer alıb. Lent.az-n məlumatına görə, 97 ölkənin iştirak etdiyi model yarışması dünyanın 9 televiziyası ilə canlı yayımlanıb. Həmyerlimiz gecəyə məşhur modelyer Ciğdem Akının hazırladığı paltarda qatılıb.
Qeyd edək ki, ana olandan sonra xeyli çəki verən modelin oğlu Cihangir Can Karel də türk mediasının diqqətindədir. Belə ki, bu yaxınlarda Günay Türkiyənin Show TV kanalına oğlu ilə bərabər xüsusi reportaj verib. Model 7 aylıq oğlunu ilk dəfə ötən ay kameralar qarşısına çıxarıb.