Bu gün müğənni Miri Yusif mətbuat konfransı keçirib. O, bildirib ki, iyunun 30-da Yaşıl Teatrda konsert verəcək. Müğənni Lent. az-a deyib ki, konsertdə fərqli bir ifa nümayiş etdirəcək, pərəstişkarlarını yalnız səsi ilə təəccübləndirəcək: “Konsertimə gəlmək istəyənlər çox xərcə düşməyəcəklər, biletlər ucuzdur. Konsertimdə heç bir şou olmayacaq. Tamaşaçıları ifamla təəccübləndirəcəm”.