Şou-biznesin tanınmış simaları Novruz çəkilişlərində bir araya gəlib.
Lent.az-ın məlumatına görə, bu dəfə onları bir araya gətirən “Lider” telekanalında yayımlanan “Rəngarəng” verilişi olub. Verilişdə xalq artisti Faiq Ağayev, əməkdar artist Baloğlan Əşrəfov, Gülyaz və Gülyanaq Məmmədova, müğənni Xatirə İslam, İzzət Bağırov, Elçin Cəfərov, Sevda Yahyayeva, rəqqasə Fatimə Fətəliyeva, meyxanaçı Namiq Qaraçuxurlu və başqaları iştirak edib.
Qeyd edək ki, "Rəngarəng"in aparıcısı Zaur Nəbioğlu, rejissorlu Aynurə Tahirqızı, müxbiri Aytac Bayramzadədir. Veriliş bu həftədən etibarən bazar günləri, saat 22:30-da “Lider” telekanalında yayımlanacaq.