Məşhur şoumen: subay yatıb, evli oyanıram
12 mart 2015 03:36 (UTC +04:00)

Məşhur şoumen: subay yatıb, evli oyanıram

Türkiyənin məşhur şoumeni Bəyazid Öztürk (Beyaz) mətbuatda tez-tez evlənməsi barədə çıxan əsassız xəbərlərdən danışıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Öztürk “Makaron” qəzetinə verdiyi müsahibədə bu cür xəbərləri təəccüblə qarşıladığını bildirib. Son bir ayda çıxmış, “Kiprli vəkillə ailə qurur” – xəbəri isə 46 yaşlı şoumeni əməlli-başlı çaşdırıb. Bəyaz belə bir şey olduğunu nəinki təkzib edib, o hətta 6 ildir Kiprə getmədiyini vurğulayıb.

 

Güclü yumor hissinə sahib, zarafatcıl və hazırcavab olması ilə məşhur olan şoumen, gecələr subay yatdığını, səhər isə evli oyandırıldığını bildirir.

 

Şoumen hələlik evlənmək fikri olmadığını, belə bir fikri olacağı təqdirdə bunu açıqlamayacaını, amma iş ciddiləşərsə də bunu gizlətməyəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar