Hazırda Sardiniyadakı islah müəssisəsində ömürlük həbsdə olan İtaliyanın keçmiş mafiozu Marçello Dall Anna dustaqxanada praktika keçən hüquqçulara həbsxanadakı hüquqlar üzrə təlim keçəcək.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, keçmiş mafiya babasının gələn həftədən başlayacaq məşğələlərində 20 vəkilin iştirakı edəcəyi gözlənilir.
Dall Anna 20 il öncə sifarişli qətlin təşkilinə görə mühakimə olunub. O, həbsxanada hüquq təhsili alıb.
Məhbusa müəllimlik fəaliyyətinə başlamaq yardım edən hüquqçu deyib ki, keçmiş mafioz keçmiş həyatı ilə üzülüşmək istəyir.