Maykl Ceksonun zorladığı kişi danışdı
05 iyul 2013 12:19 (UTC +04:00)

Maykl Ceksonun zorladığı kişi danışdı

Uşaq zorlaması ilə bağlı daim ittiham olunan mərhum pop kralı Maykl Cekson  barəsində yeni faktlar ortaya çıxıb. Lent. az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, məşhur amerikalı xoreoqraf  Ueyd Robson  M. Cekson barədə inanılmaz məqamlar açıqlayıb: “Maykl uşaq zorakılığını gizlətmək üçün yataq otağının girişinə həyəcan siqnalı yerləşdirmişdi. Onun yataq otağına yaxınlaşan olanda həyəcan siqnalı işə düşürdü ”.

 

Robson daha sonra özünün də Maykl Cekson tərəfindən təcavüzə məruz qaldığını söyləyib: “İndi otuz yaşım var. 1990-cı illərdə M.Ceksonun  işgəncələrinə məruz qalmışam. Təcavüzdən sonra o, məni də danışmamağa razı saldı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792

Oxşar yazılar