Birləşmiş Ərəb Əmirliyinin İslam və ianə üzrə ümumi idarəsi fitva yayıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Khaleej Times» bildirib ki, həmin fitvada müsəlmanların Mars uçması qadağan edilib.
Fitvanın verilməsinə səbəb «Mars one» layihəsi olub. Bu layihə çərçivəsində bir neçə könüllü Qırmızı planetə gedərək, Yerə qayıtmamağa razılıq verib.
İdarənin başçısı professor Faruk Həmad fitvanı əsaslandıraraq bildirib ki, bu intihar olduğu üçün islama ziddidir.
Xatırladaq ki, bu layihədə iştirak etmək istəyən 200 min könüllüdən mindən çox namizəd seçilib. Marsa uçmaq istəyən 1058 nəfər 106 dövlətin vətəndaşıdır. Onların 300-ə yaxını amerikalı, 75 kanadalı, 62 hindistanlı, 52 rusiyalıdır.
Mənbə həmin namizədlərində seçiləcəyini bildirib.
«Mars one»-nin təşkilatçılar 2015-ci ilin iyuluna kimi 4 nəfər könüllüdən ibarət bir neçə qrup yaratmağı, Marsa uçuşu «realti- şou» rejimində yayımlamağı da planlaşdırır.