Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül Azərbaycana gəlib. Lent.az-ın məlumatına görə, paytaxtımıza qonaq olan məşhur sosial şəbəkədəki səhifəsində şəkil paylaşaraq, “Azərbaycan, Bakı” sözlərini yazıb.
Qeyd edək ki, M.Kırmızıgül bu gün axşam saatlarında “28 Cinema”da müəllifi olduğu “Möcüzə” filminin qala gecəsinə qatılacaq. İfaçıdan savayı, “Kurtlar vadisi” serialının Zaza dayısı – Əli Sürməli də Bakıya gəlib. Onların media ilə görüşü də nəzərdə tutulub.